Avto qəzalar

Bakı-Şamaxı yolunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə sentyabrın 8-də gecə saat 22:00 radələrində yolun 25-ci kilometrliyinə, Abşeron rayonu ərazisində qeydə alınıb. 

Bakının Qaradağ rayonunda müvəqqəti məskunlaşmış Laçın rayon sakini, 1982-ci il təvəllüdlü Quliyev Ricay Qulu oğluidarə etdiyi “VAFİ Region” MMC-yə məxsus 31-AC-259 dövlət nömrə nişanlı “MAN” markalı yük maşını ilə yolu keçən piyadanı – Bakı şəhərinin Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü Əhlimanov Vasif Ağazadə oğlunu vuraraq öldürüb.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

No comments:

Post a Comment